Keçmiş deputat, yenicə şərti azadlığa buraxılan Gülər Əhmədova dünən Fəxri Xiyabanda olub. O, mərhum eks-prezident Heydər Əliyevin qəbrini ziyarət edib. Məlumata görə, sabiq millət vəkili ziyarətə qardaşı, tanınmış telejurnalist İlqar Mikayıloğlu ilə gedib.
İlqar Mikayıloğlu AzNews.az-a Fəxri Xiyabana getdiyini təsdiqləyib. “Bəli, doğrudur. Əslinə qalsa, burda təəccüblü heç nə yoxdur. Bacım rəhmətlik Heydər Əliyevin məktəbinin tələbəsidir. Hər bir tələbə də haradan gəlirsə-gəlsin, ilk olaraq müəllimini ziyarət etməlidir. Bacım oradan çıxandan sonra mənə demişdi ki, Heydər Əliyevin məzarına baş çəkməliyik. Mən də dedim ki, baş üstə, problem yoxdur. Gəldim, bacımı evdən götürdüm, gül alıb Fəxri Xiyabana getdik. Əvvəlcə ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdik, dualar oxuduq, sonra isə Zərifə xanımın məzarının ziyarət edib dualar oxuduq, baş əydik və sakitcə çıxıb getdik”.
Modern.az