Bu gün "Eurovision-2014" mahnı müsabiqəsinin finalı keçiriləcək. Bu səbəbdən ötən gün finalçılar məşq ediblər. 37 ölkə arasından finala qalan iştirakçılar çıxış sırası ilə səhnəyə çıxıblar.
Məlumat üçün bildirək ki, Danimarkanın paytaxtı Kopenhagendə Azərbaycanı təmsil edən Dilarə Kazımova finalda səhnəyə üçüncü çıxacaq. İlk olaraq səhnədə Ukrayna və Belarus təmsilçiləri çıxış edəcəklər.
Ümumilikdə finalda 26 iştirakçı mübarizə aparacaq. Bunlardan 20-si keçirilən yarımfinallarla müəyyənləşib. Müsabiqənin təşkilatçısı olan "Böyük beşlik" ölkələri - İtaliya, Böyük Britaniya, Almaniya, İspaniya, Fransa və ötən ilin qalibi Danimarka finala birbaşa çıxıblar. Finalda qalib gələn iştirakçı "Eurovision-2015" mahnı müsabiqəsinin öz ölkəsində keçirilməsinənail olcaq. Danimarka üçüncü dəfədir müsabiqəyə ev sahibliyi edir. 1964 və 2001-ci illərdə də "Eurovision" bu ölkədə keçirilib.
Prqnozlara görə, "Eurovision" mahnı müsabiqəsinin dünya üzrə tamaşaçı auditoriyası 180 milyon nəfərə qədərdir. Bu il müsabiqəni işıqlandırmaq üçün 80 ölkədən 1600 jurnalist qeydiyyatdan keçib.
Gülşən Raufqızı