Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, sərəncamda Heydər Əliyev Fondunun 10 illik yubileyi münasibətilə və Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilmələri qeyd edilib:
Əhmədova Tamilla Tofiq qızı
Əliyeva Afət Əlixan qızı
İsmayılova Pərvinə Fəzail qızı
Quluzadə Ramin Namiq oğlu
Mehdiyeva Məhəbbət İsa qızı
Mustafayev İlqar Əziz oğlu
Modern.az