Modern.az

Səyyad Aran: “Heydər Əliyev İslama bağlı insan idi”

Səyyad Aran: “Heydər Əliyev İslama bağlı insan idi”

Təhsil

10 May 2014, 13:31



Modern.az
xəbər verir ki, bu gün “Park İnn” oteldə mərhum eks-prezident Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Heydər Əliyev və milli mənəvi dəyərlər" mövzusunda konfrans keçirib. Konfransda komitə rəhbərliyi ilə yanaşı, millət vəkilləri, müxtəlif dini sektaların nümayəndələri də iştirak edib.

Konfransı  komitənin sədr əvəzi Səyyad Salahlı (Səyyad Aran ) açıq elan edərək Heydər Əliyevin milli mənəvi dəyərlərə olan sayqısından bəhs edən maraqlı faktlar səsləndirib:

“Ümummilli lider prezident seçkilərinə cəmi 28 gün qalmış Təzə Pir məscidinə getdi. Orada kreslodan imtina etdi və dedi ki, mən də hamı kimi sizinlə bərabər yerdə oturacağam. Hələ o vaxt İslam dininin  prioritet məsələlərindən danışdı. Bibiheybət məscidi hələ pis vəziyyətdə olarkən o, bildirdi ki, mən respublikanın prezidenti və müsəlman vətəndaş kimi bu məscidi öz öhdəmə, nəzarətim altına götürürəm”.

Səyyad Arandan sonra konfransda millət vəkilləri Aydın Mirzəzadə, Qənirə Paşayeva, ilahiyyatçı Hacı Şahin Həsənli və başqaları çıxış edərək Heydər Əliyevin islam dininə olan müsbət münasibəti və onun tolerant tərəflərinin cəmiyyətdə tətbiq edilməsindən danışıblar.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı