“Azərbaycanda tez bir zamanda ən böyük məscidin açılışı olacaq”. Modern.az xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr əvəzi Səyyad Aran deyib. Mərhum eks prezident Heydər Əliyevə həsr olunan “Heydər Əliyev və milli mənəvi dəyərlər” mövzusunda keçirilən konfransda bildirib ki, söhbət Binəqədi rayonu ərazisində inşa olunan məsciddən gedir. “Ölkə prezidenti və Mehriban xanım Əliyeva məscidin tikinti işləri ilə tanış olub”.