Modern.az

Səyyad Aran nurçularla sələfiləri hədələdi: “Onlarla mübarizə aparmaq lazımdır”

Səyyad Aran nurçularla sələfiləri hədələdi: “Onlarla mübarizə aparmaq lazımdır”

Təhsil

10 May 2014, 14:04



“Müxtəlif dini qruplar var ki, onlarla mübarizə aparmaq lazımdır. Söhbət xüsusən sələfi və nurçulardan gedir. Azərbaycanın dövlətçilik və milli mənəvi dəyərlərinə hörmət edən hər bir din xadimi onlarla son anına qədər mübarizə aparmalıdır”.
Modern.az xəbər verir ki, bunu Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədr əvəzi Səyyad Aran bildirib.

Dövlət Komitəsinin sədr əvəzi son zamanlar barələrində  ciddi söhbət gedən dini qruplardan narazılığını gizlətməyib. “1990-cı illərin əvvəllərində də bu cür qruplaşmalar var idi. İndi də bu hiss olunur. Azərbaycanın dövlətçilik və milli mənəvi dəyərlərinə hörmət edən hər bir din xadimi onlarla son anına qədər mübarizə aparmalıdır”.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı