
“Ünvanlı sosial yardım sahəsində baş verən neqativ hallarla bağlı 2013-cü ilin oktyabrından 2014-cü ilin mayına qədər 248 nəfər əməkdaş işdən azad olunub”.
Bunu
Modern.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər. Qeyd olunub ki, bununla bərabər, ünvanlı sosial yardım üzrə müraciətlərə baxılması, vətəndaşların qəbulu, ünvanlı sosial yardımın təyin olunması və ödənişinə mərkəzləşdirilmiş şəkildə nəzarət gücləndirilir. Ünvanlı sosial yardımın təyinatının avtomatlaşdırılmış sisteminin yaradılması prosesinə başlanılıb. Məqsəd məmur və vətəndaş əlaqəsini aradan qaldırmaqla şəffaf və ədalətli bir sistemin qurulmasıdır”.
Nazirlikdən bildirilib ki, ünvanlı sosial yardım alan ailələrin siyahısı açıqlandıqdan sonra xeyli sayda qanunsuz sosial yardım alan ailələr, o cümlədən Cəlilabadda (112 iş üzrə 53268,84 manat), Ağdamda (86 iş üzrə 149050 manat) və Lerikdə (13 iş üzrə 41044,85 manat) müəyyən edilib. Bundan başqa, 64050 yeni ailəyə ünvanlı sosial yardım təyin olunub.
Gülşən Raufqızı