Modern.az

Bağçalarda uşaqlar üçün paylanan vahid geyimlər geri yığılır

Bağçalarda uşaqlar üçün paylanan vahid geyimlər geri yığılır

Təhsil

13 May 2014, 10:45


Bir müddət əvvəl dövlət bağçalarında uşaqlar üçün paylanan geyimlər artıq geri yığılır. Səbəb yay mövsümünə keçilməsidir. Tərbiyəçilər geyimlərin valideynlər tərəfindən təmiz bir şəkildə bağçaya təhvil verilməsini tələb ediblər. Həmin geyimlər növbəti qış mövsümündə yenidən uşaqlara veriləcək.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Modern.az-a verilən açıqlamada bu fakt təsdiqlənib. Lakin uşaqlara yay geyimi verilib-verilməyəcəyi nə təsdiq, nə də təkzib edilib. İcra Hakimiyyətinin rəsmisi həmin geyim dəstlərinin müxtlif rənglərdə olduğunu, bütün bağçalar üçün vahid rəng seçimi olmadığını, növbəli şəkildə rayonlar üzrə paylandığını qeyd edib.

Bu gündən etibarən şəhər bağçalarına uşaqlar öz geyimləri ilə daxil olublar. Müəllimlər üçün nəzərdə tutulan vahid forma isə hələ ki, bütün bağçalara verilməyib.

Gülşən Raufqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı