Modern.az

“Mən uşaqlıq dostumu, generalımı itirdim”

“Mən uşaqlıq dostumu, generalımı itirdim”

Təhsil

13 May 2014, 10:49


“Hacı Mirəziz Seyidzadənin ölümü Qafqaz Müsəlmanları İdarəsi və xüsusən mənim üçün böyük itkidir”. Modern.az  AZADİNFORM-a istinadən xəbər verir ki, bu barədə Şeyxülislam Hacı Allahşükür Paşazadə Hacı Mirəziz Seyidzadənin hüzr mərasimində çıxışı zamanı deyib.

Bütün Qafqazın Şeyxi Hacı Mirəziz Seyidzadənin QMİ-də çox böyük və məsuliyyətli Fətva şöbəsinə rəhbərlik etdiyini bildirib: “Hacı Mirəziz savadlı din xadimi olmağı ilə bərabər, həm də ədəbi fəaliyyəti ilə tanınırdı, gözəl təbliğatçı idi. Mən uşaqlıq dostumu, işçimi, bir sözlə generalımı itirdim”.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!