Modern.az

Girov götürülən İordaniya səfiri azad edildi

Girov götürülən İordaniya səfiri azad edildi

Təhsil

13 May 2014, 11:14

Bir ay əvvəl Liviyada oğurlanan İordaniyanın səfiri Favaz əl-İtan azad edilib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Liviya xarici siyasət idarəsinin məlumatına görə, diplomat artıq evinə yola düşüb. Xatırladaq ki, İordaniyanın səfiri aprelin 15-də iqamətgahından çıxarkən avtomobilinə silah və maskalı şəxslər tərəfindən hücum edilərək girov götürülüb. Hücum vaxtı yaralanan səfirin sürücüsü isə xəstəxanaya yerləşdirilib. Səfiri girov götürənlər onun azadlığı qarşılığında Həşimi krallığında ittiham edilən müsəlmanların həbsxanadan buraxılmalarını tələb edirdilər.

Qeyd edək ki, bu hadisədən sonra "Kral İordaniya hava yolları" (Royal Jordanian Airlines) Liviyaya bütün uçuşları dayandırıb.

A yşən Mösnümlü  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı