Modern.az

İcra Hakimiyyəti: “Qobustanda qaval daş aparmaq kiminsə ağlına da gəlməz”

İcra Hakimiyyəti: “Qobustanda qaval daş aparmaq kiminsə ağlına da gəlməz”

Təhsil

13 May 2014, 11:24



“İstər rəsmi şəxs, istər qeyri-rəsmi şəxs hər kəs dediyinə cavabdehlik daşıyır. Bu gün Qobustan ərazisindən hansısa bir daşın kim tərəfindən aparılması mümkün olan bir şey deyil”.
 Bunu Modern.az saytına açıqlamasında Qaradağ rayonu İcra Hakimiyyəti başçısının nümayəndəsi Şükran Rəcəbov Qobustandakı qaval daşlarının şəxsi mülklərə daşındığı barədə yayılan xəbərlar haqda  danışarkən deyib.

  “Bu şayiədən başqa bir şey deyil. Hansı ağılsız belə bir şeyi yazıb, mən anlamıram. Dövlət tərəfindən qorunan ərazi birbaşa birinci xanım Mehriban Əliyevanın nəzarətindədir. Ordan bir daş aparmaq kiminsə ağlına da gəlməz”.  

Qeyd edək ki, bu gün bəzi KİV-lər Qobustandakı qaval daşlarının məmur oliqarxlar tərəfindən öz şəxsi mülklərinə daşındığı haqda xəbər yazıblar.    

Gülşən Raufqızı
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı