
“Dünən vəkilləri Rauf Mirqədirovla görüşüb. İstintaq hərəkətləri necə var idisə, elə də qalıb. Yəni yenilik yoxdur. Vəkillərin dediyinə görə, Rauf Mirqədirov mütaliə üçün qəzet istəyir, amma istədiyi qəzetləri vermirlər. Ona yaxınları ilə görüşməyə də icazə verilmir. Özü də ifadə verməkdən hələ də imtina edir”.
Bunu Modern.az-a açıqlamasında “Ayna/Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı deyib.
Baş redaktorun sözlərinə görə, özünə məxsus və müsadirə olunan kompüteri qaytarılmayıb: “Kompüterimin prosessoru Baş Prokurorluqdadır. Bir həftə əvvəl özüm onlarla danışmışam. Dedilər ki, narahat olmayın, işləyirik, qaytaracağıq. Amma nə vaxt qaytarılacağı hələ məlum deyil”.
Misranə Həsənzadə