“Biz Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ardıcıl addımlarını yüksək qiymətləndiririk”. Modern.az erməni mətbutaına istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sərkisyan fransalı həmkarı Fransua Ollandın şərəfinə verdiyi şam yeməyi öncəsi çıxışı zamanı deyib. O bildirib ki, həssas və əhəmiyyətli məsələlərdə Fransa həmişə Ermənistanın yanında olub və ona dəstəyini əsirgəməyib.
“Fransa həmçinin Ermənistanın xarici siyasətinin Avropa istiqamətindəki səylərini də dəstəkləyir”, -deyə S.Sərkisyan söyləyib. Ermənistan dövlət başçısı Fransa parlamentinin qondarma erməni “soyqırımı” ilə bağlı qəbul etdiyi sənədə görə də bu ölkəyə təşəkkürünü bildirib.
Qeyd edək ki, F.Olland Azərbaycandan sonra Ermənistana səfər yollanıb.
Aqşin Kərimov