Modern.az

Bakının bir neçə rayonuna içməli su fasilələrlə veriləcək

Bakının bir neçə rayonuna içməli su fasilələrlə veriləcək

Təhsil

13 May 2014, 12:51

Mayın 14-də Kür su kəmərləri sisteminin 1400 mm diametrli magistral xətlərindən birinin Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən hissəsində yenidənqurma işlərinin aparılması ilə əlaqədar  suyun  verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin İctimiayyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, saat 00:00-dan Bakının Qaradağ rayonuna, Səbail rayonunun  20-ci sahə və Badamdar qəsəbələrinə, Binəqədi rayonunun Yeni Biləcəri yaşayış massivinə içməli su 36 saat müddətində məhdudiyyətlə veriləcək.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.                       

 

Modern.az                                                   

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı