Modern.az

Bakıda yanan İran vətəndaşları ölüm ayağında Tehrana aparılır

Bakıda yanan İran vətəndaşları ölüm ayağında Tehrana aparılır

Təhsil

13 May 2014, 12:52

“İran vətəndaşları Cəccat Ovcani, Murtuza Əlizadə, qardaşı Mustafa bu gün öz vətənlərinə göndəriləcək. Onların vəziyyəti çox ağır olduğundan yaxınları vətənə aparılmasını istəyiblər. Yaşama ehtimalları çox aşağıdır. Hər an hər şey ola bilər”. Bunu Modern.az-a Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərovun əvəzedicisi həkim Sabir Mirzəyev bildirib.

Onun sözlərinə görə, hadisə zamanı xəsarət alan Bakı şəhər sakini Mahrux Hüseynova isə müalicəsini xəstəxanada davam etdirəcək: “Onun da vəziyyəti orta-ağırdır”.

Qeyd edək ki, mayın 11-də saat 16 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Şakir Gözəlova məxsus şirniyyat sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib. Nəticədə bütövlükdə sexin yanar konstruksiyaları və obyektdəki əşyalar yanıb. Orada işləyən İran vətəndaşları Cəccat Ovcani, Murtuza Əlizadə, qardaşı Mustafa və Bakı şəhər sakini Mahrux Hüseynova yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Həkim başın, üz nahiyəsinin, gövdənin ön səthinin, kürək nahiyəsinin, hər iki yuxarı ətrafların, yuxarı tənəffüs yollarının 3-cü AB dərəcəli termiki alov yanığı diaqnozu ilə xəstəxanaya daxil olan Kürdəmir rayonu, Qədimli kənd sakini 37 yaşlı Sevil Nəsirovanın vəziyyətinin ağır olaraq qaldığını da vurğulayıb.

Gülşən Raufqızı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı