Modern.az

Erkin Qədirli REAL Hərəkatını ittiham etdi

Erkin Qədirli REAL Hərəkatını ittiham etdi

Təhsil

13 May 2014, 13:12


"Mənimlə bağlı qərar fikirlərdə çoxdan qəbul olunmuşdu. Sadəcə olaraq vaxt tapıb, dünən nəhayət ki, rəsmiləşdirdilər. Gedişata görə bu qərar mənim üçün gözlənilməz olmadı”. Modern.az xəbər verir ki, bu sözləri teleqraf.com-a açıqlamasında Erkin Qədirli REAL-ın Məclis başqanlığından uzaqlaşdırılması barədə qərarını şərh edərkən deyib.   İdarə Heyətində çox tənqid olunduğunu söyləyən E.Qədirli bildirdi ki, öz arqumentlərini deməyə çalışıb: “Amma əksəriyyət mənim arqumentlərimi qəbul eləmədi. Nəticədə belə qərar çıxdı.  Məhdudlaşma əl-qolumu bağlayacaq. Bu, cəza kimi düşünülüb. Əslində bu qərar mənim barəmdədir deyə mənim danışmağım düzgün olmazdı. Əslində İdarə Heyətində mənim çıxışlarımla bağlı çoxdan müzakirələr gedirdi. Sadəcə olaraq İdarə Heyətinin üzvlərinin səfərləri, İlqar Məmmədovun məhkəməsi ilə əlaqədar Şəkiyə gedib-gəlməyimiz, İ.Məmmədovun özü ilə məsləhətləşmə və araya digər işlər qarışdı. Mənə şifahi deyilmişdi ki, belə bir qərar olacaq. Iclasda özüm də iştirak etmişdim”.    

E.Qədirli qərarı sərt sayır: “Düşünürəm ki, sərtdir, inandırım ki, daha sərt təkliflər vardı. Bu, bir az kompramis qərar idi. Qərar var və təşkilat üzvü kimi bu qərarla hesablaşmalıyam. 3 ay gözləməliyəm. Yəqin məhdudiyyət aradan qalxandan sonra yenidən fikirlərimə qayıdıb izahat verəcəyəm”.    

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı