Modern.az

REAL-dan AÇIQLAMA: “Erkin Qədirli ilə bağlı qərar Azərbaycan siyasi tarixində ilk dəfədir”

REAL-dan AÇIQLAMA: “Erkin Qədirli ilə bağlı qərar Azərbaycan siyasi tarixində ilk dəfədir”

Təhsil

13 May 2014, 14:12

“REAL yarandığı ilk gündən kollektiv kimlik, kollektiv idarəetməni Azərbaycan siyasətinə gətirən ilk təşkilatdır. REAL hərəkatı şəxslərə yox, dəyərlərə bağlıdır”. Bunu Modern.az saytına açıqlamasında REAL hərəkatının idarə heyətinin üzvü Natiq Cəfərli Erkin Qədirlinin Məclis başqanlığından kənarlaşdırılmasına münasibət bildirərkən deyib. O bildirib ki, idarə heyətinin iclasında E. Qədirlinin fikirləri və arqumentləri dinlənilib.

“Erkin Qədirlinin məclis başqanlığından kənarlaşdırılması və ona mətbuata danışmağa qadağa qoyulması ilə bağlı qərar Azərbaycan siyasi tarixində bir ilkdir. REAL bir daha sübut etdi ki, dəyərlərinə, prinsiplərinə hörmət edən bir təşkilatdır. Erkin Qədirli ilə REAL arasında heç bir problem yoxdur və bundan sonra da olmayacaq. Erkin Qədirli idarə heyətinin üzvü kimi fəaliyyətini davam etdirəcək. Sadəcə olaraq ona üç ay müddətinə təşkilatımızın işi ilə bağlı mətbuata açıqlama verməsinə məhdudiyyət qoyulub. Amma Erkin Qədirli peşəkar hüquqşünas kimi siyasi məsələlərlə bağlı ekspert kimi açıqlamalar verə bilər. Erkin Qədirli REAL üçün bir dəyərdir”.

N. Cəfərli E. Qədirliyə  hansı fikirlərinə görə  ona cəza verilməsinə də aydınlıq gətirib. “REAL hərəkatının proqramı ilə Erkin Qədirlinin avtoritarizmlə bağlı dedikləri kökündən ziddiyyətli idi. Erkin Qədirlinin dedikləri REAL üzvləri arasında bir çox suallar yaratmışdı. Bizim proqram sənədimizdə avtoritarizmlə bağlı heç bir müddəa yoxdur”.

REAL təmsilçisi onu da əlavə edib ki, E. Qədirli ilə verilən qərar təşkilatda parçalanma, fikir ayrılığı kimi şərh edilməməlidir. “Heç bir fikir ayrılığı və inciklikdən söhbət gedə billməz”.

Qeyd edək ki, REAL idarə heyəti E. Qədirlini məclis başqanlığı vəzifəsindən kənarlaşdırıb və ona üç ay müddətinə mətbuata açıqlama verməsinə qadağa qoyulub. Təşkilat bunu E. Qədirlinin mətbuatda gedən bəzi fikirlərinə görə etdiyini açıqlayıb.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı