Modern.az

Ollanddan “Madrid prinsip”lərinə ZƏRBƏ: “Qarabağın əsl həll variantını tapmaq lazımdır”

Ollanddan “Madrid prinsip”lərinə ZƏRBƏ: “Qarabağın əsl həll variantını tapmaq lazımdır”

Təhsil

13 May 2014, 14:35

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həll variantları tapmaq lazımdır”. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan Fransa prezidenti Fransua Olland erməni həmkarı Serj Sərkisyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Minsk qrupunun həmsədri kimi Fransa Dağlıq Qarabağ probleminin tənzimlənməsi ilə bağlı hər şeyə hazırdır.
F.Olland atəşkəs sazişinin 20 illiyi bağlı da açıqlama verib. “Dünən atəşkəs sazişinin 20 illiyi oldu. Ancaq bu, münaqişənin həlli deyil. Münaqişə bu gün də davam edir. Biz münaqişənin yeni çözüm variantlarını müzakirə etmək üçün Azərbaycan və Ermənistan prezidentlərini də qəbul etməyə hazırıq”, - deyə F.Olland bildirib.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı