Modern.az

Olland Azərbaycan və Ermənistan prezidentlərini ölkəsinə dəvət edib

Olland Azərbaycan və Ermənistan prezidentlərini ölkəsinə dəvət edib

Təhsil

13 May 2014, 14:35

“Gələn il yenə Ermənistana gələcəm”

     

Ötən axşamdan Ermənistana səfərə başlayan Fransa prerzidenti Fransua Ollandı Yerevanın Zvartnots aeroportunda prezident Serj Sarksiyan şəxsən qarşıyıb.  

 Bundan sonra iki prezidentin iştirakı ilə Fransa-Erməni biznes forumu keçirildi. Forumda 180 fransız şirkərinin o cümlədən, “Perno Rikar”, “Oranj”, “Kderit Aqrikol”, “Veoliya”, “Sor və “Alkatel” kimi iri şirkətlərin nümayəndələri iştirak ediblər. Serj Sarkisyan çıxışında Fransanın Avropada Ermənistanın ən böyük ticarət ortağı olduğunu diqqətə çatdırıb. “Son 6 ildə Fransa investisiyalarının həcmi 1milyard dolları keçib. Bu əvvəlki illərin göstəricisini xeyli qabaqlayır. Ermənistanda tezliklə daha bir iri şirkətin- “Karfur” hipermarketlər şəbəkəsinin fəaliyyətə başlaması gözlənilir. Bu faktın özü Ermənistanda investisiya üçün mühitin olduğunu göstərir”-deyə Sakisyan çıxışında bildirib. Ermənistan prezidenti onu da əlavə edib ki, Atom energetikası, Bərpa oluna bilən enerji sferası, İnformasiya Texnologiyaları və Kənd təsərrüfatında Fransa investisiyalarına böyük ehtiyac var.

 Fransa prezidenti Oland isə forumdakı çıxışında Ermənistanın Gömrük İttifaqına üzv olacağına rəğmən Avropa Birliyi ilə əlaqələrinin də inkişaf edəcəyinə ümidini ifadə edib. “Bugün Ermənistan və Fransa birlikdə uzun bir yola çıxıblar. Ermənistan yüksək iqtisadi göstəricilərə malik çiçəklənən respublikadır. Lakin bu proses məhdud şəkildə inkişaf edir. Ermənistanın sivil inkişafı üçün ilk növbədə Avropa İttifaqının normalarına əsaslanan islahatlar aparılmalıdır. İndi biz düşünməliyik ki, ölkənizin Avropa Birliyi ilə assosiyasiyasını təşkil edib, eyni zamanda sizin Gömrük İttifaqına inteqrasiyanıza damane olmayaq”-deyə Olland çıxışında vurğulayıb. Ollandın sözlərinə görə, Avropa Birliyi ilə münasibətləri inkişaf etdirsə, Ermənistan regionun siyasi və iqtisadi avanqardı ola bilər”.  

 Biznes forumdan sonra Fransua Olland Serj Sarkisyanın müşaiyəti ilə birlikdə Yerevanın Çiçernakaberd səmtindəki “1915-ci il erməni soyqırımı abisəi”ni ziyarət ediblər. Abidənin önünə əklik qoyan Olland abidə ərazisində küknar ağaıcı əkib. Bundan sonra dövlət başçıları Karen Dəmirçiyan adına İdman-Konsert kompleksində erməni əsilli Fransa müğənnisi, şansonye Şarl Aznavurun konsertinə tamaşa ediblər. Fransua Ollandın bugünki, səfər proqramı çərçivəsində Serj Sarksiyanla birlikdə mətbuat konfransı keçirib.

Mətbuat konfransında Olland ötən günki fikrini təkrarlayaraq Ermənistanın Avropa Birliyi ilə assosiativ üzv olmasını dəstəklədiyini bildirib. Bununla belə o qeyd edib ki, rəsmi Yerevanın Rusiya ilə münasibətləri kəsməyi nəzərdə tutmayıb.

Bundan başqa, mətbuat konfrnasında “erməni soyqırımı” ilə bağlı verilən suala cavab verərkən Fransua Olland ölkəısinin bu hadisəni soyqırım kimi tanıdığını və 2015-ci ildə “soyqırımı”nın 100 illiyi münasibətilə Yerevana gələcəyini diqqətə çatdırıb. “Dəhşətli Meç Eqerni (erməni soyqırımı)xatırlamaq və bu qədər faciələr yaşamış əzabkeş xalqa müraciət etmək üçün Erevana gələcəm. Bu hadisələrin təkrarlanmaması hamımızın, xüsusən Fransanın məsuliyyətidir”-deyə Olland bildirib. Mətbuat konfransındakı vacib açıqlamalardan biri isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı oldu. Olland münaqişə tərəflərinin danışıqlar üçün Fransada görüşməsinin təklif edib. “Qarşılıqlı etimadı möhkəmləndirmək üçün Fransa Azərbaycan və Ermənistan prezidentlərini qəbul etməyə hazıdır”-deyə Olland açıqlamasında bildirib. Yaxın bir neçə saatda Ermənistana səfərini yekunlaşdıracaq Olland bundan öncə Fransanın Milli Qəhrəmanı, erməni əsilli Misak Manuşyanın adını daşıyan meydanın açılışında iştirak edəcək.

Daha sonra isə Yerevandakı ticarət mərkəzlərindən birinin ərazisində tikilən “Karfur” hipermarketinin tikinti meydançasını ziyarət edəcək.

Sonra isə Fransua Olland Gürcüstana yola düşəcək.

 

 

 

Vüqar İsmayılov  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı