“Almaniyanın Strayer qanunvericiliyində aprelin 1-dən 2012-ci il tarixli dəyişikliklərlə əlaqədar həmin ölkədə Dövlət Proqramı çərçivəsində rezidentura səviyyəsində təhsil almaq üçün yalnız Almaniyada imtahan verdikdən sonra universitetlə işçi müqaviləsi imzalanmış tələbələrin sənədləri qəbul ediləcək”. Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov deyib.
O bildirib ki, gənclər Almaniyada rezidenturada təhsil almaq istəyirlərsə, ancaq Almaniyanın müvafiq klinikalarında işçi qaydasında müqavilə bağlamalıdırlar. “Bunun üçün tələbələrimiz Almaniyada imtahandan uğurla keçməlidirlər ki, rezidentura səviyyəsində təhsil ala bilsinlər”.
Rafiq Qənbərov