Modern.az

“Miss Globe Azerbaijan” gözəllik yarışına start verildi

“Miss Globe Azerbaijan” gözəllik yarışına start verildi

Təhsil

13 May 2014, 16:35

Gözəl qızlar “Miss Globe Azerbaijan”a qatıla bilər. Modern.az-ın məlumatına görə,  iyunun 21-də Bakıda- CRYSTAL HALL-da baş tutacaq “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Yarışmasının yerli seçim turuna start verilib. May ayının 16, 17 və 18-də “Kempinski” otelin 6-cı mərtəbəsində yerləşən “Possedion” restoranında sənədlərin qəbulu aparılacaq.

Dünya üzrə məşhur müsabiqənin 89-cu Finalında iştirak etmək üçün “Miss Globe Azerbaijan” yarışmasının ilk seçim turuna gözəlliyinə və intelektinə əmin olan 18-25 yaş arası subay qızlar qatıla bilər. Kastinqə qatılmaq üçün şəxsiyyət vəsiqəsi və 1 ədəd tam boy şəkillə “Kempinski” otelin 6-cı mərtəbəsində yerləşən “Possedion” restoranındakı xüsusi sənəd qəbulu stendinə yaxınlaşmaq gərəkdir.

Mayın 25-də münsiflərin seçimi ilə “Miss Globe İnternational- Azerbaycan” adına layiq görüləcək iştirakçının adı məlum olacaq. “Miss Globe Azerbaijan” Gözəllik Yarışması MERAC” production və SİGNS ART ADVENTURE” şirkətinin təşkilatçılığı , dünyanın diqqətini Azərbaycana yönəltmiş “Xəzər Adaları”nın (Khazar İslands) baş sponsorluğu ilə baş tutacaq.

Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı