Fransa prezidenti Fransua Ollandartıq Gürcüstandadır. Modern.az xəbər verir ki, Tbilisidə Gürcüstan baş naziri İrakli Qaribaşvili ilə görüş keçirən Fransua Olland iki tərəfli münasibətləri müzakirə ediblər. Qaribaşvili Mərkəzi Afrika Respublikasındakı gərgin siyasi şəraitə görə həmin ölkəyə göndərilən Gürcüstan kontingentinin Fransanın tabeçiliyində olmasını diqqətə çatdırıb.
Bundan başqa tərəflər Gürcüstanın NATO-ya üzvlüyünü və Avropa Birliyi ilə assosiativ üzvlük müqavilədisini müzakirə ediblər. Fransua Olland bir daha ölkəsinin Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyin diqqətə çatdırıb. Xatırladaq ki, Fransa prezidenti Fransua Olland Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində bundan öncə Azərbaycanı və Ermənistanı ziyarət etmişdi. Ollandın axşam saatlarında Fransaya geri dönəcək.
Modern.az