Modern.az

Azərbaycanda hüquq müdafiəçisi həbs edildi

Azərbaycanda hüquq müdafiəçisi həbs edildi

Təhsil

13 May 2014, 20:27

Salyanda “Demokratiyaya yardım” təçkilatının rəhbəri, hüquq müdafiəçisi Emil Məmmədov zorla pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb.
Hadisə mayın 12-də beş verib. E.Məmmədov bu barədə Salyan rayon Polis şöbəsindən "Turan"a telefonla məlumat verməyə müvəffəq olub. Bundan sonra E.Məmmədovun telefonu söndürülüb.

Aprelin 17-də QHT-nin digər bir fəalı Tofiq Qasımov zorla pul tələb etmək ittihamı ilə 2 ay müddətinə həbs edilib. Tofiq Qasımovun həbsindən sonra E. Məmmədovu dəfələrlə Salyan polisinə çağırıblar, burada müxtəlif rayon idarələrinin – poçtun, maliyyə idarəsinin və digər qurumların rəhbərlərini internetdə nüfuzdan salan materiallar dərc etməkdə ittiham ediblər. O, bu ittihamları uydurma adlandırıb. “Demokratiyaya yardım” təşkilatı cənub regionunda ən fəal vətəndaş cəmiyyəti institutlarından biridir. Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı