Modern.az

Türkiyədə partlayış - 300 nəfər yerin altında qaldı - YENİLƏNİB

Türkiyədə partlayış - 300 nəfər yerin altında qaldı - YENİLƏNİB

Təhsil

13 May 2014, 21:54

Türkiyənin Manisa vilayalətinin Soma qəsəbəsində yerləşən kömür mədəndə baş verən güclü partlayış yeraltı şaxtanın uçmasına səbəb olub. Hadisə xeyli insan itkisilə nəticələnib.

Modern.az saytı “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Soma qəsəbəsinin rəsmi şəxsləri ən azı 300-dək işçinin mədəndə-yeraltında qapalı qaldığını bildiriblər. Hadisə nəticəsində 20 işçinin həyatını itirdiyi açıqlanıb.

Hazırda şaxtada qalmış fəhlələrin xilas edilməsi işləri həyata keçirilir.

***

Türkiyə rəsmiləri bir qədər əvvəl 20 nəfərin öldüyünü bildirsələr də, daha sonra bu rəqəmin yanlış olduğu qeyd edilib. Hələlik 3 nəfərin həyatını itirdiyi söylənilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı