Bu gün Kramatorsk yaxınlığında Ukrayna güc strukturlarıa pusqu quran terrorçular atəş açaraq 7 nəfəri öldürüb, 6 nəfəri isə yaralayıblar. Modern.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Müdafiə Nazirliyindən bildirilib ki, silahlı yaraqlılar güc strukturlarının əməkdaşlarına qranatomyotdan atəş açıblar. 30 nəfərdən çox olan terrorçuların qranatomyatdan açdıqları atəş çaya yaxınlaşan zirehli maşının mühərrikinə tuş gəlib və körpü yaxınlaşanda partlayış baş verib. Bundan sonrakı atışma zamanı iki hərbçi həlak olub, üçü isə yaralanıb. Uzunmüddətli atışma nəticəsində cəmi 6 hərbçi ölüb, daha 7 nəfər müxtəlif dərəcədə ağır xəsarətlər alıbla.
Son məlumata görə, yaralılardan biri də xəstəxanaya aparılarkən yolda keçinib.
Modern.az