Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri mayın 19-da başa çatıb.

Trendin məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Hanoyun Noi Bai Beynəlxalq hava limanında prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Vyetnamın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.
Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə Toplantısında iştirak etmək üçün mayın 19-da Çin Xalq Respublikasına işgüzar səfər edib.
Şanxayın “Pudong” Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Çinin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.