Modern.az

Mikayıl Cabbarov əməkdaşlarını təcili olaraq Suraxanıdakı internata GÖNDƏRİB– AÇIQLAMA

Mikayıl Cabbarov əməkdaşlarını təcili olaraq Suraxanıdakı internata GÖNDƏRİB– AÇIQLAMA

Təhsil

20 May 2014, 15:33


Suraxanı internat məktəbində 7 yaşlı uşağın döyilməsi ilə bağlı məlumatı araşdırmaq üçün Təhsil nazirliyinin rəsmi nümayəndələri adı çəkilən məktəbə ezam olunublar. Bunu Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Vəliyev bildirib.

“Hazırda məsələ araşdırılır. Hadisə ilə bağlı təhsil nazirliyinin nüamyəndələri artıq Suraxanı rayonu 7 saylı  internat məktəbə ezam olunublar”-deyə o vurğulayıb.


Qeyd edək ki, bugün mətbuatda Suraxanı rayonu ərazisində yerləşən 7 sayı internat məktəbdə Mahir adlı uşağın Gülya adlı müəllim tərəfindən amansızcasına döyüldüyü və bunun sübutu olaraq uşağın fotosu yayılıb.

 

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...