
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Ann Brasser) mayın 22-də Azərbaycana səfər edəcək.
Bu barədə APA-nın Avropa müxbirinə AŞPA-nın mətbuat katibliyindən məlumat verilib. Səfərin məqsədi mayın 23-də AŞPA-nın Bakıda keçiriləcək Daimi Komitəsinin iclasında iştirak etməkdir. AŞPA sədrinin səfər çərçivəsində bir sıra yüksək səviyyəli şəxslərlə görüşləri də nəzərdə tutulub.O, mayın 22-də Azərbaycan prezidenti, baş naziri, xarici işlər naziri və Milli Məclisin sədrləri ilə görüşəcək.
Xanım Brasser mayın 23-də jurnalistlər üçün mətbuat konfransı da keçirəcək.
Modern.az