Bir müddət öncə Modern.az-da Şəki rayonu Şin kənd sakini Telman Osmanovun şikayəti əsasında yazı dərc olunmuşdu. T. Osmanov yerli məktəbin əsaslı yenidənqurulması ilə bağlı olaraq ona məxsus obyektdə tədris prosesinin keçirildiyi və buna görə ona icarə haqqının ödənilməməsindən şikayət etmişdi. Şin kənd İcra nümayəndəliyi və Şəki rayon Təhsil İdarəsi onun ödənc istəməsini haqsız saymışdı.
Məsələ ilə bağlı Modern.az-ın Təhsil Nazirliyinə göndərdiyi sorğuya nəhayət ki cavab gəlib. “Şin kəndində 280 yerlik yeni məktəb binası inşa edilir. Tikintidə son tamamlama işləri aparılır. Həmin məktəbdə 17 sinif komplektində 234 nəfər şagird təhsil alır. Məktəbin binası söküldüyü üçün şagirdlər ailələrdə və Telman Osmanova məxsus vaqon evdə dərs keçirlər. Bununla əlaqədar heç kimə icazə haqqı verilməsi ilə bağlı müqavilə imzalanmayıb”.
Modern.az