Reuters agentliyi ilginc bir iddia irəli sürüb: İraq Kürdüstanında hasil olunan neft Türkiyə ərazisindən İsrailə ixrac edilir.
Modern.az sözügedən agentliyə istinadən xəbər verir ki, xam neftlə yüklü 6 tanker İsrail ərazisinə daxil olub. Digər ərəb dövlətləri kimi, İraq hökuməti də İsrailə neft satmadığı halda, kürd bölgə hökuməti “Powertrans” adlı bir türk şirkətini vasitəçiliyi ilə bunu edir. Neftlə dolu tankerlər Hayfa və Aşkelon limanında boşaldılır.
Modern.az