Modern.az Mehr agentliyinə (İran) istinadən xəbər verir ki, Təbrizdə “Şəhriyarın kitabı” mağazalar şəbəkəsi açır. Yeni mağaza təşəbbüsü Fars dili və Ədəbiyyatı Akademiyasına məxsusdur. Bununla bərabər, layihədə Şəhriyar Fondu da iştirak edir.
“Şəhriyarın kitabı”nda əsas diqqət fars dili və ədəbiyyatı, eləcə də bu sahədə istinad mənbələrinin təbliğinə yönəlsə də, mağazalarda türk ədəbiyyatı üçün xüsusi bölmə nəzərdə tutulub.
Modern.az