Modern.az

TQDK I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrini açıqladı

TQDK I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrini açıqladı

Təhsil

20 May 2014, 16:59


TQDK I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.  Ən yüksək nəticə I ixtisas qrupu üzrə 637 bal, IV ixtisas qrupu üzrə 644 bal olub.

Modern.az xəbər verir ki, TQDK mayın 18-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb. İmtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər. İmtahanda iştirak etmək üçün sənəd vermiş 18783 abituriyentdən 1227 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən 17556 abituriyentdən 60 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş, 1 nəfər cavab kartını təlimata zidd olaraq özü ilə aparıb, 2 nəfər isə cavab kartını bilərəkdən korlayıb. Həmin abituriyentlərin nəticələri ləğv edilib. 


İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı