Milli Məclisin daha 5 deputatı Somaya yardım kampaniyasına qoşulub.
Modern.az xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yardım fonduna millət vəkillləri Əliyev Adil 780 AZN, Eldar İbrahimov 78 AZN, Həsənov Malik 1000 AZN, Fazil Mustafa 156 AZN, Ağacan Abiyev 500 AZN pul köçürüb.
Qeyd edək ki, Türkiyədə baş verən mədəm faciəsi ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yardım kampaniyasına başlanıb. Kampaniya çərçivəsində son məlumata görə, 8801 AZN məbləğində vəsait yığılıb.
Kampaniyada iştirak etmək istəyən şəxslər 493-84-81 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Modern.az