Londonun “Çelsi” futbol komandasının baş məşqçisi Joze Mourinyo BMT-nin Dünya Qida Proqramının aclıqla mübarizə üzrə elçisi elan edilib.
Modern.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, buna münasibət bildirən J. Mourinyo futbolun dünyada böyük sosial əhəmiyyətə sahib olduğunu ifadə edərək, dünyanın bəzi ölkələrində hökm sürən aclıq aksiyalarına böyük önəm verəcəyini deyib. O, dünyada 842 milyon insanın ac olmasından yeni xəbərdar olduğunu bildirərək bu mövzunun futboldan daha əhəmiyyətli olduğunu vurğulayıb. Baş məşqçi BMT-nin aclığı aradan qaldırmaq üçün başlatdığı kampaniyaya dəstək verəcək.Qeyd edək ki, BMT-nin son məlumatlarına görə dünyada 842 milyon insan aclıqdan əziyyət çəkir.
Rafiq Qənbərov