
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşüb. Modern.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Dövlət başçıları xatirə şəkli çəkdiriblər.
Çin Xalq Respublikasının sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış ediblər.
Görüşdə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında energetika, infrastruktur, nəqliyyat, ticarət dövriyyəsinin artırılması, texnologiyalar, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, humanitar, investisiya qoyuluşu və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Söhbət zamanı beynəlxalq, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Modern.az