Modern.az

Elmlər Akademiyasında direktor seçkiləri keçirilib

Elmlər Akademiyasında direktor seçkiləri keçirilib

Təhsil

21 May 2014, 09:36

AMEA Rəyasət Heyətində AMEA Kimya Elmləri bölməsinin ümumi yığıncağı keçirilib. Modern .az saytı xəbər verir ki, bölmənin tərkibinə daxil olan AMEA Aşqarlar Kimyası, Kataliz və Qeyri-üzvi Kimya və Polimer Materialları institutlarının direktoru vəzifəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə görə akademik Vaqif Fərzəliyev Aşqarlar Kimyası İnstitutunun, AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və AMEA-nın müxbir üzvü Akif Əzizov Polimer Materialları İnstitutunun direktoru vəzifəsinə seçiliblər.

Elmin Nuri

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı