Modern.az

Kramatorsk meri istefa vermək istəyir

Kramatorsk meri istefa vermək istəyir

Təhsil

21 May 2014, 10:17

Ukraynanın Kramatorsk şəhərinin  meri istefaya getmək niyyətindədir.  

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Kramatorsk şəhərinin meri Genadi Kostyukov vaxtından əvvəl istefaya getməyə qərar verib.  

67 yaşlı Kostyukov 2006-cı ildən şəhər meri  vəzifəsindədir. Regionlar Partiyasının üzvüdür.

Ukrayna KİV-in məlumatlarına görə, Kramatorsk şəhər soveti 23 mayda iclas keçirəcək və merin ərizəsinə baxılacaq. Onun qərarının səbəbləri haqqında məlumat verilmir.  

Ayşən Mönsümlü  

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!