Modern.az

Din xadimlərini təkmilləşdirmə kursları fəaliyyətə başladı

Din xadimlərini təkmilləşdirmə kursları fəaliyyətə başladı

Təhsil

21 May 2014, 11:47

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) may ayının 13-dən etibarən din xadimlərinin təkmilləşdirmə kursları fəaliyyətə başlayıb. Dini komitədən Modern.az-a verilən məlumata görə, bu kurslarda nəzərdə tutulmuş mühazirələr sırasında bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr əvəzi Səyyad Salahlı dinləyicilər qarşısında çıxış edib.

S.Salahlı “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin milli, dini və mənəvi dəyərlərinin bərpası və inkişafı, Sovet rejimi dövründə repressiyalara məruz qalmış dini abidələrin yenidən qurulması və dindarların istifadəsinə qaytarılması sahəsində xidmətləri” mövzusunda mühazirəsində müstəqillik qazandıqdan sonra ölkəmizdə bu sahədə görülən işlər barədə məlumat verib. 

Mühazirədə həmçinin Heydər Əliyev ideyalarına sadiq qalan və onu uğurla davam etdirən Prezident İlham Əliyevin xalqımızın mənəviyyatının əyani nümunələri sayılan maddi-mədəni abidələrimizin, müqəddəs ziyarətgahlarımızın bərpası ilə bağlı imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlar barədə məlumat verən DQİDK rəsmisi müstəqillik dönəmindən sonra bərpa edilən Bibiheybət ziyarətgahı, Gəncədəki İmamzadə Kompleksi, Şamaxı cümə məscidi, Hacı Əjdərbəy məscidi və digərləri haqqında geniş danışılıb. 

Görüş daha sonra qarşılıqlı fikir mübadiləsi və sual-cavab şəklində davam etdirilmiş,  din xadimlərini maraqlandıran suallar cavablandırılmışdır.


 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı