Modern.az

Bakıda İNSİDENT - 6 köçkün qadın özlərini yandıracaqlarını bəyan etdi

Bakıda İNSİDENT - 6 köçkün qadın özlərini yandıracaqlarını bəyan etdi

Təhsil

21 May 2014, 12:03

Bu gün 7-ci mikrorayon ərazisində 6 məcburki köçkün ailəsinin köçürülməsi ilə bağlı insident yaşanıb. Modern.az xəbər verir ki, həmin ailələrlə “Bakı Metropoliteni” və “Dövlətqaçqınkom”un nümayəndələri arasında qarşıdurma yaranıb. Evlərinin sökülməsinə razılıq verməyən qadınlar özlərini yandıracaqlarını bildiriblər.

 “Özümü öldürəcəm, qanımı tökəcəm, amma buradan çıxmayacağam” deyən köçkünlər digər ailələr kimi onlara da kompensasiya olaraq hər kvadrat metr yaşayış sahəsi üçün 1500 manat tələb ediblər. 

Qeyd edəkki "Bakı Metropoliteni" QSC 7-ci mikrorayon, "Xarici dairəvi" küçəsi, 3126/27-ci məhəllədə məskunlaşan məcburi köçkünlərə sonuncu xəbərdarlıq edib. Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1 noyabr 1986-cı il tarixli qərarı ilə Bakı Metropoliteninin 3-cü növbəsinin Şimal sahəsinə daxil olan "Dərnəgül" Elektrik Deposunun tikintisi üçün Binəqədi rayonu, 7-ci mikrarayon, "Xarici dairəvi" küçəsi, 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsi ayrılıb. Müəyyən səbəblərdən tikinti işləri müvəqqəti dayandırılmış həmin torpaq sahəsi məcburi köçkünlər və digər mülki şəxslər tərəfindən zəbt olunub. Siyahıyaalınma zamanı müəyyən edilib ki, həmin ərazidə 83-ü məcburi köçkünlərə məxsus olmaqla, cəmi 217 yaşayış sahəsi var. Orada yaşayan yerli sakinlərə kompensasiya ödənilərək ərazidən köçürmələrinə nail olunub. Məcburi köçkünlərin köçürülməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Məcburi köçkünlərin hər biri mənzillə təmin olunsa da, 6 ailə köçməkdən imtina edir.
6 ailənin hər birinin adına Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Mehdiabad qəsəbində mənzil verilib. Lakin məcburi köçkünlər "Bakı Metropoliteni" QSC-dən əlavə olaraq kompensasiya tələb edir. Metropoliten isə evlərin sökülməsi və tikinti materialların daşınması üçün lazımi köməyi təklif edir.

Xatırladaq ki, köçmək istəməyən məcburi köçkünlər məhkəmələrə müraciət ediblər, lakin onların iddiaları təmin edilməyib.


Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı