Ermənistanın sabiq prezidenti Robert Köçəryan bir gün əvvəl Rusiyanın paytaxtı Moskvaya getdiyi bildirilir. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı R. Köçəryanın nümayəndəsi Viktor Soqomonyan da təsdiqləyib. V. Soqomonyan bildirib ki, R. Köçəryan mərkəzi ofisi Moskvada yerləşən "AFK Sistema" holdinqinin direktorlar şurasının iclasında iştirak etmək üçün Rusiyaya yollanıb.
Bəzi məlumatlara görə R. Köçəryan Rusiya prezidenti Vladimir Putinlə də görüşəcək.
Qeyd edək ki, R. Köçəryan "AFK Sistema"nın Direktorlar Şurasının üzvüdür. Burada Azərbaycan DTK-nın keçmiş sədri Vaqif Hüseynov da təmsil olunur.
"AFK Sistema" Rusiyanın ən böyük şirkətlərindən biridir.
Aqşin Kərimov