Modern.az

Ukraynada deputatın evini yandırdılar

Ukraynada deputatın evini yandırdılar

Təhsil

21 May 2014, 12:35


Ukraynanın Ali Radasının deputatın Oleq Çarevin Dnepropetrovskda yerləşən evi yandırılıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerinə dərhal polis çağırılıb, zərərçəkən olmayıb.

Deputat, hadisənin təfərrüatlarını “Facebook” sosial şəbəkəsi vasitəsilə öz səhifəsində qeyd edib. "Bu gecə, Dnepropetrovskda mənim evimi yandırdılar. Silahlı insanlar, Molotov kokteyli ilə evimə hücum etdilər. Onlar rahat şəkildə, əminliklə evi yandırıb və kameraya çəkirdilər”  

Qeyd edək ki, O. Çarev Regionlar Partiyasının fraksiya rəhbərinin müavinidir.  

 

Ayşən Mönsümlü

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı