Modern.az

Sabahın hava PROQNOZU - 25 dərəcə isti

Sabahın hava PROQNOZU - 25 dərəcə isti

Təhsil

21 May 2014, 13:15



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mayın 21-də Bakıda və Abşeron yarımadasında  hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 14-18, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Mayın 21-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı