Rusiya prezidenti Vladimir Putin İran dövlət başçısı Həsən Ruhani ilə görüşüb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüş Çinin Şanxayda Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə keçirilən sammit çərçivəsində baş tutub. Hər iki dövlət başçısı regional məsələlər, problemlər və birgə əməkdaşlıqdan söz açıblar.
V. Putin regionda cərəyan edən gərgin proseslərə və beynəlxalq münasibətlərdəki qeyri-sabitliyə baxmayaraq, Rusiya ilə İranın münasibətlərinin daha da inkişaf edəcəyini bildirib.Onun sözlərinə görə İran Rusiyanın çoxdankı strateji partnyorlarından biridir.
Kreml rəhbəri Rusiya ilə İranın Xəzər regionundakı vəziyyət üçün böyük bir məsuliyyət daşıdığını da vurğulayıb.
İran prezidenti H. Ruhani isə qeyd edib ki, ölkəsinin Rusiya ilə əməkdaşlığı bölgədə silahlı konfliktlərin qarşısını almaqda önəmli amildir. O, İranın Rusiya ilə isti münasibətləri Xəzər regionunda sabitliyin saxlanılmasında vacib rol oynayır.
Aqşin Kərimov