“Sosialist İnternasionalının bu ilki sammiti Meksikada keçiriləcək”.
Bunu Modern.az saytına açıqlamasında Sosialist İnternasionalında (Sosintern) Azərbaycanı təmsil edən ASDP sədri Araz Əlizadə deyib. O bildirib ki, gündəliyə salınan məsələlər hələ ki bəlli deyil. “İclas 30 iyun-1 iyul arası tarixdə olacaq”,-deyə A. Əlizadə bildirib. ASDP rəhbəri özünü iclasa qatılacağını və müzakirələrdə aktiv iştirak edəcəyini də söyləyib.
Qeyd edək ki, Sosinternin 2014-cü il sammitini yaz aylarında Ukraynanın paytaxtı Kiyevdə keçirməli idi. Lakin Ukraynadakı gərgin vəziyyət səbəbindən Sosinternin Kiyev sammiti təxirə salındı. ASDP sədri A. Əlizadə bundan öncəki açıqlamaların birində sammitin Kiyevdə olacağı təqdirdə ora getməyəcəyini bəyan etmişdi. O, bunu Ukraynada yeni qüvvələrin hakimiyyətə gəlməsi ilə əlaqələndirmişdi və yeni iqtidarı faşistlər adlandırmışdı.Aqşin Kərimov