Modern.az

Prokuror Anar Məmmədliyə 9 il iş istədi

Prokuror Anar Məmmədliyə 9 il iş istədi

Təhsil

21 May 2014, 15:12


Mayın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmədə prokuror təqsirləndirilən şəxslərə iş istəyib.

Vəkil Fariz Namazlının "Azadlıq"a bildirdiyinə görə, dövlət ittihamçısı Anar Məmmədliyə rəhbər vəzifələrdə 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il, Bəşir Süleymanlı və Elnur Məmmədova rəhbər vəzifələrdə 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay həbs cəzası istəyib.
 
Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Müdafiə tərəfi Anar Məmmədlinin həbsinin əsl səbəbinin keçən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqinin aparılması olduğunu bildirir.
 
Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» Anar Məmmədlini «vicdan məhbusu» sayır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı