Modern.az

Gənclər üçün yararlı layihə - FOTO

Gənclər üçün yararlı layihə - FOTO

Təhsil

21 May 2014, 13:30

Modern.az xəbər verir ki, Humanitar Araşdırmalar İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Beynəlxalq Mətbuat Mərkəzində  ““Azərbaycan tarixi-Azərbaycan gəncliyi” tarixi kontekstdən müasir reallıqlara doğru” layihəsi çərçivəsində ali məktəb tələbələri üçün mühazirə-seminar  təşkil edib. Toplantını İctimai Birliyin sədri, filologiya üzrə fəlsəfə doktoru Nurlanə Qasımlı açıb.

O bildirib ki, 1918-ci ildə yaranan Azərbaycan  Cümhuriyyəti Şərqin ilk demokratik respublikasıdır. Məhz qadınlara da ilk dəfə seçki hüququ verən Azərbaycan  Cümhuriyyəti olub. Çıxış edən millət vəkili Azər Badamov bildirib ki, Azərbaycan Cümhuriyyəti yarandıqdan sonra bir sıra islahatlar həyata keçirildi. Bayrağımız təsis edildi, milli bank yaradıldı. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri,  əməkdar müəllim,  dosent  Firdovsiyyə Əhmədova mühazirəsində Cümhuriyyət dövründə keçilən yolu təhlil edib, maraqlı faktları diqqətə çatdırıb. Millət vəkili Qənirə Paşayeva ilk öncə layihənin gənclər üçün yararından bəhs edərək gənclərimizin xüsusən sosial şəbəkələrdə tariximizi, mədəniyyətimizi təbliğ etməyə çağırıb.

İştirakçıların suallarına cavab verilib. Daha sonra müzakirələrə yekun vuran millət vəkili, tarixçi professor  Musa Qasımlı 1918-1920-ci illər ilə indiki müsatəqilliyimiz arasında paralellər apararaq  müstəqil dövləti qorumağın, vətəndaşın fəal olmasının vacibliyi üzərində dayanıb.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı