Mayın 17-də İrəvandakı “Vernisaj”ın yaxınlığında atəş açan Qor Arakelyana ittiham irəli sürülüb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu ittihamla o 12 ildən 20 ilədək azadlıqdan məhrum oluna bilər. Qeyd edək ki, Qor Arakelyan hakim “Çiçəklənən Ermənistan” partiyasının parlamentdəki fraksiyasının üzvü Karo Karapetyanın kürəkənədir. İnsidentdən sonra o özü polisə gəlib. Həmin hadisə zamanı tapançadan açılan atəş nəticəsində ərazidən keçən 5 nəfər yaralanıb.
Modern.az