Bu gün Şanxayda Rusiyanın “Qazprom” şirkəti və Çinin milli neft-qaz şirkəti CNPC arasında Çinə Rusiya qazının çatdırılması haqqında müqavilə imzalanıb.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu marşrut üzrə 30 il ərzində 38 milyard kub metr qazın nəqli nəzərdə tutulur. Sənədi Çinə səfəri zamanı Rusiya prezidenti Vladimir Putin imzalayıb.
“Qazprom”un rəhbəri Aleksey Miller bildirib ki, müqavilənin ümumi qiyməti 400 milyard dollardır. Rusiya və Çin arasında qaz müqaviləsi haqqında danışıqlar 10 il ərzində aparılsa da, qiymət haqqında fikir ayrılıqlarına görə tərəflər razılaşmaya nail ola bilmirdilər.
Ayşən Mönsümlü