Modern.az

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı istedadlar axtarır

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı istedadlar axtarır

Təhsil

21 May 2014, 18:34

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Azərbaycan Respubilkasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi  “İstedadlı məcburi köçkün gənc yazarların aşkarlanması“ layihəsi çərçivəsində Qəbələ rayonunda, Gəncə və Mingəçevir şəhərində görüş-seminar keçirib.

İlk görüş- seminar Qəbələ rayonunda məcburi köçkünlər üçün inşa edilmiş müasir tipli qəsəbədə keçirilib.
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov tədbirin məqsədi və həyata keçirilmə səbəbləri haqda məlumat verib. O, Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısından ətraflı danışıb.
Qəbələ rayonunda məskunlaşmış gənclərdən Zərgər Qarayev, Təvəkkül Həsənəliyev, Rüfət Məmmədov, Fazil Abdullayev və digərləri rastlaşdıqları problemlər haqqında məlumat veriblər və bunun həllinə dəstək göstərilməsini istəyiblər. Tədbirdə iştirak edən yaradıcı gənclər şeirlər söyləyiblər və onların ictimaiyyətə tanıdılması işində layihəninn əhəmiyyətini qeyd ediblər.

Gəncə şəhərində yeni salınmış qəsəbədə 100 nəfərə yaxın gəncin iştirakı ilə yaddaqalan seminar-görüş keçirilib. Kəlbəcər rayon Gənclər və İdman İdarəsinin rəisi Musa Məmmədov tədbirdə Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının həyata keçirdiyi layihə haqqında məlumat verib.
Layihənin Koordinatoru V.Qədirov görüşdə Kəlbəcər ədəbi mühitinin çox istedadlı nümayəndələrinin yaradıcılığı haqıında məlumat verib. V.Qədirov “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Poqramı”nda istedadlı, yaradıcı gənclərin inkişafı üçün nəzərdə tutulan müddəalardan, elm, təhsil, mədəniyyət və digər sahələrdə istedadlı gənclərə Prezident Mükafatının verilməsi haqqında danışıb. Onu da qeyd edib ki, istər Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, istərsədə Azərbaycan Respubilkasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi layihələr çərçivəsində istedadlı gənclərin aşkarlanması sahəsində aparılan məqsədyönlü fəaliyyət diqqətəlayiqdir.

Tədbirdə Kəlbəcər rayon Təhsil şöbəsinin əməkdaşları Elçin Şirinov, Müzəffər Orucov, gənc şairlər Elşad Mustafayev, Vüsal Hicran, Elşən Qulusoy, Faiq Məmmədov, Mübariz Cəmilbəyli və digərləri öz şeirlərilə çıxış ediblər. Gənc aşıq Elburus Hüseynov gənc şairlərin şeirlərini saz havasında ifa edərək tədbirə yekun vurub.

Mingəçevir şəhərində keçirilən görüş-seminarda İcra Hakimiyyətinin nümayəndələri, Mingəçevir RQRTM-in direktoru Füzuli Əsədov, Mingəçevir şəhərində fəaliyyət göstərən 52 saylı Ağdam köçkün tam orta məktəbinin direktoru  Seymur Mustafayev, Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin nümayəndələri, istedadlı və yaradıcı məcburi köçkün gənclər iştirak ediblər.

Qəbələ rayonunda, Gəncə və Mingəçevir şəhərlərində keçirilən seminarlar yüksək təşkilatçılıq və əhval-ruhiyyə ilə keçib. İstedadlı gənc yazarlara hərbi-vətənpərvərlik, qan yaddaşımız və s. tarixi mövzularda əsələrin və kitabların yazılması tövsiyyə olunub və bu sahədə onlara hərtərəfli dəstək göstəriləcəyi bildirilib.

Növbəti görüş seminarların Şəki rayonunda məskunlaşmış məcburi köçkünlərlə keçirilməsi nəzərdə tutulub.






Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı