Modern.az

Separatçı rejim Ermənistanı İTTİHAM etdi

Separatçı rejim Ermənistanı İTTİHAM etdi

Təhsil

21 May 2014, 21:03


Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma Dağlıq Qarabağ “Respublikası” növbəti dəfə Ermənistan rəhbərliyinin əleyhinə fikir səsləndirib. Modern.az xəbər verir ki, Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyan “Azadlıq” radisounun Ermənistan xidmətinə müsahibəsində  rəsmi Yerevanı ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin altı bəndlik sülh planına etiraz etməməkdə ittiham edib.

O bildirib ki, təmsil etdiyi separatçı qurum Ermənistandan fərqli olaraq C. Uorlikin sülh planına daha kəskin etiraz edib. “Biz Yerevandan fərqli olaraq Ceyms Uorlikin altı bəndlik sülh planına daha sərt reaksiya verdik”,-deyə K. Mirzoyan söyləyib. 

Qeyd edək ki, C. Uorlik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin altı elementini açıqlayıb.  

Xatırladaq ki, separatçı rejimlə Ermənistan arasında yaranan fikir ayrılıqlarının ittiham səviyyəsinə qədər gəlib çıxması birinci hal deyil.   Krımda Rusiyaya birləşməklə bağlı keçirilən referendumun nəticələrini ilk vaxtlar tanımaqda tərəddüd edən Ermənistandan fərli olaraq Dağlıq Qarabağ “Respublikası” onu qəbul etdiyini bəyan etmişdi.  

Lakin sonradan BMT-də Ukraynanın ərazi bütövlüyü ilə bağlı qətnamədə Ermənistan Rusiyanın lehinə səs verdi.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı